Avropada biabırçı istefa

Avropada biabırçı istefa
10:22 22 Yanvar 2015
234 Dünya
Ölkə mətbuatı
A- A+

PEQİDA rəhbərinin istefasına səbəb Facebook səhifəsində miqrantları heyvan və zibil adlandırması olub
Almaniyada Avropanın islamlaşmasına qarşı yaradılan PEQİDA hərəkatının rəhbəri Lutç Baxman vəzifəsindən istefa verib. Buna səbəb isə Bild qəzetində onun özünü Hitler kimi təqdim etməsi və Facebook səhifəsində miqrantları heyvan və zibil adlandırması olub. Baxman etdiyi hərəkətlərinə görə üzr istəsə də, bununla, o, məsuliyyətdən yayına bilməyib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, Baxmana qarşı artıq ilkin istintaq prosesi də başladılıb. O, irqi nifrətə təhrikdə ittiham olunur.

41 yaşlı aşpaz, eyni zamanda, qrafika dizaynerinin kriminal keçmişi də var. O, ev oğurluğu, içkili vəziyyətdə avtomobil idarəetmə, narkotik maddə qəbulu və təhqiretmə maddələri ilə azı 16 dəfə ittiham olunub.

1998-ci ildə həbsə məhkum edilən zaman Cənubi Afrika Respublikasına qaçıb, lakin daha sonra Almaniyaya ekstradisiya olunub.

"Avropanın İslamlaşmasına qarşı Vətənpərvər Avropalılar" mənasını verən PEQİDA hərəkatı 2014-cü ilin oktyabr ayında Drezden şəhərində Baxmanın rəhbərliyi altında yaradılıb.

Qrupun artıq 25 minə yaxın tərəfdarı var.

Ötən gün Leypsiq şəhərində PEQİDA-nın digər bir qolu LEQİDA tərəfdarı etiraz aksiyası keçiriblər. Aksiyada Avropanın islamlaşmasına və müsəlman qaçqınlara qarşı şüarlar səsləndirilib. Fəallar qaçqınların Avropanı tərk etmələrini istəyiblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR