İrəvana şübhə toxumu səpildi

İrəvana şübhə toxumu səpildi
10:26 22 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanın xarici işlər naziri Edvard Nalbandiyan Gümrü şəhərində Rusiya hərbçisi tərəfindən erməni ailəsinə qarşı törədilmiş qətliamdan danışıb.

ANS PRESS-in məlumatına görə, o, Brüsseldə Avropa İttifaqı-Ermənistan Əməkdaşlıq Şurasının görüşündə deyib ki, erməni ailəsinin öldürülməsi Moskva-İrəvan müttəfiqliyinə təsir göstərir, amma ciddi sıxıntı yarada bilər. Bu cinayət işi barədə ciddi araşdırma aparılır, lakin Ermənistan bütün hallarda Rusiya ilə strateji müttəfiqlik və dostluğunu davam etdirəcək və gücləndirəcək.

Hazırda əsgər Rusiya hərbi bazasının ərazisində saxlanır və iş üzrə istintaqın davam etdirilir. 1995-ci ildə Gümrüdəki baza yaradılarkən İrəvan və Moskva arasında imzalanmış sazişə görə cinayət törətmiş əsgər Ermənistan qanunları ilə mühakimə edilməlidir. Lakin Moskva Rusiyanın hazırkı Konstitusiyasına istinadən bildirir ki, Rusiya vətəndaşı mühakimə olunmaq üçün heç bir halda başqa bir ölkəyə təslim edilə bilməz. Lakin rus əsgərinin İrəvanda mühakimə olunması barədə qərar verilib.

Xatırladaq ki, bu il yanvarın 12-də Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun Gümrü şəhərində altı nəfərlik ailəni qəddarlıqla öldürüb.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321009

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR