Azərbaycanlı oğlanlar gürcü gözəlini seçdi (FOTO)

Azərbaycanlı oğlanlar gürcü gözəlini seçdi (FOTO)
07:11 26 Dekabr 2014
322 Şou
Ölkə mətbuatı
A- A+

Gürcüstanda keçirilən gözəllik müsabiqəsində həmyerlilərimiz jüri qismində iştirak ediblər.

ANS PRESS-in məlumatına görə, Azərbaycanın “Türkvision-2013” beynəlxalq musiqi müsabiqəsinin qalibi Fərid Həsənov və tanınmış təşkilatçı Aqil Məmiyev Gürcüstanın Tbilisi şəhərində keçrilən 11-ci “Miss & Mister Newstar” gözəllik müsabiqəsində jüri kürsüsində yer alıb.

"Hazırda Fəridlə Bakıya qayıtmağa hazırlaşırıq. Müsabiqə gözəl təşkil olunmuşdu. Layihənin rəhbəri Gürcüstanın eks prezidenti Eduard Şevardnadzenin qardaşı oğlu əməkdar artist, tanınmış bəstəkar müğənni Giorgi Baramaşvili idi. Onun dəvəti ilə Fəridlə münsif qismində qonaq olduq. Fərid həm də müğənni qonaq olaraq çıxış etdi. Bizimlə birlikdə münsiflər heyətində Gürcüstanın tanınmış simaları yer almışdı. Tanınmış müğənni, əməkdar artist Beso Kalandadze , tanınmış aktyor əməkdar artist Zurab Tsintskiladze, moda dizayneri Nina Narma, fransalı model Kaşarel Monfils, "Mister Georgia 2014" və Bakıda bir çox brendlərin reklamına çəkilmiş Gürcüstanın tanınmış modeli Max Maçaraşvili, tanınmış jurnalist Maia Kaxidze, əməkdar artist Tamriko-piso Datuaşvili, “New Star” model agentliyinin direktoru Svetlana Ogan və Gürcüstanda yaşayan tanınmış Azərbaycanlı müğənni Aysel Məmmədova jüri kürsisində yer almışdı", deyə azərbaycanlı təşkilatçı A.Məmiyev ANS PRESS-ə açıqlamasında bildirib.

Qeyd edək ki, müsabiqə “Tbilisi Art Holl”da keçirilib və “Rustavi 2” televiziyası ilə canlı yayımlanıb. Ölkənin prestijli müsabiqələrindən sayılan "Miss & Mister Newstar" 11-ci yaşını qeyd edirdi.






























Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=37&nid=316360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR