Ağcabədi Olimpiya İdman Kompleksi 2016-cı ildə istifadəyə veriləcək

Ağcabədi Olimpiya İdman Kompleksi 2016-cı ildə istifadəyə veriləcək
10:48 22 Yanvar 2015
200 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağcabədi, 22 yanvar, Tahir Ağaməmmədov, AzərTAc
Prezident İlham Əliyevin “Abşeron və Ağcabədi rayonlarında Olimpiya İdman komplekslərinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 27 may tarixli Sərəncamına müvafiq olaraq Ağcabədi Olimpiya İdman Kompleksinin tikintisi davam edir.
AzərTAc xəbər verir ki, Ağcabədi şəhərində 5,09 hektar ərazidə inşa edilən kompleksin ümumi tikinti sahəsi 6796,8 kvadratmetrdir. Baş plana əsasən, Olimpiya binasının A blokunda üzgüçülük zalı, B blokunda kafe-restoran, mehmanxana kompleksi, inzibati idarə, C blokunda 980 nəfərlik universal idman zalı (voleybol, mini futbol, boks), D blokunda mağaza, kafe, məşqçilər üçün otaqlar, G blokunda yay və qış kafesi, E blokunda güləş zalı, H blokunda telekommunikasiya mərkəzi, F blokunda boks və ağır atletika üzrə məşq zalı olacaqdır. Artıq A, B ,C, D, G və E bloklarında monolit dəmir-beton işləri başa çatıb. Universal zalda 50 metrlik fermalar quraşdırılıb.
Tikintinin ikinci mərhələsində kompleksin ərazisində 1000 nəfər tamaşaçı yerlik tribunası olan futbol stadionu, voleybol meydançası, tennis kortu, avtomobil dayanacağı, Olimpiya parkı, kompleksi istiliklə təchiz edəcək qazanxana, transformator yarımstansiyası, nasosxana, içməli və yanğına qarşı su anbarları, gözətçi binası inşa ediləcək, geniş abadlıq işləri aparılacaqdır.
Hazırda kompleksin inşasında 38 nəfər işçi çalışır. Olimpiya binasının E blokunda monolit dəmir-beton işləri aparılır.
Olimpiya İdman Kompleksinin 2016-cı ildə istifadəyə verilməsi nəzərdə tutulur.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agcabedi_Olimpiya_Idman_Kompleksi_2016_ci_ilde_istifadeye_verilecek-826577

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR