Con Kerri: “Separatçılar Ukraynanın şərqində yeni ərazilər ələ keçirməyə cəhd göstərir”

10:52 22 Yanvar 2015
193 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 10:48 ]


Bakı – APA. “Moskvanın dəstəklədiyi separatçılar Ukraynanın şərqindəki münaqişə zonasında yeni ərazilər ələ keçirməyə cəhd göstərir”. APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Con Kerri Vaşinqtonda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdən sonra bildirib.

 

C. Kerri deyib ki, ABŞ separatçıların Ukraynanın şərqindəki Debaltsevo şəhərinə geniş miqyaslı hücum cəhdi və oradakı iri dəmir yolu qovşağını ələ keçirmək niyyətindən ciddi narahatdır: “ABŞ münaqişə zonasında yeni ərazilər ələ keçirməyə yönəlmiş bu cəhdləri Minsk razılaşmalarının kobud şəkildə pozulması hesab edir. Biz Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönələn addımları pisləyirik və Ukraynaya dəstək vermək üçün mümkün olan hər şeyi edəcəyik”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369926

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR