88 yaşlı rekordçudan Azərbaycan futboluna örnək

88 yaşlı rekordçudan Azərbaycan futboluna örnək
11:17 22 Yanvar 2015
190 İdman
Ölkə mətbuatı
A- A+

İnternet məkanını vərəqləyərkən, maraqlı bir faktla qarşılaşdım. Rudi Qutendorf - 88 yaşlı mütəxəssis, çalışdırdığı komandaların sayına görə dünya rekordçusudur.


O, 18-i milli komandalar olmaqla, ümumilikdə 55 kollektivin "sükanı arxası"nda dayanıb. Özünün də etiraf etdiyi kimi, bütün komandaların adlarını xatırlaya bilməz. Ancaq statistik məlumatlar onun hafizəsinə yardımçı olur və heç vaxt bu nəticənin itib-batmayacağına təminat yaradır.


Almaniyalı mütəxəssis nadir hallarda vətənində çalışıb. Adətən ekzotik ölkələrdə peyda olan qocaman məşqçinin vətənində kifayət qədər uğurları olsa da, o, məşqçilik missiyasını kasıblara əl tutmaqda görüb: "Bəli, "Hamburq", "Herta", "Şalke" kimi klubları çalışdırmışam. Ancaq kasıb kollektivləri özümə daha əziz saymışam. Niyə? Həyat yoldaşım da tez-tez bunu mənə irad tuturdu. Özümü bu missiyanın daşıyıcısı görmüşəm. İlk növbədə hiss edirdim ki, nəcib addım atıram".


Onun bioqrafiyasını vərəqləyərkən daha bir diqqətçəkən məqamla rastlaşmaq olar. "Şalke"ni çalışdırdığı dövrlərdə səhər saat 5-də yetirmələrini neft mədənlərinin yanına məşqə aparardı. Nəyə görə? Özünü dinləyək: "Klubun azarkeşlərinin əksəriyyəti mədənlərdə çalışırdı. Futbolçular məsuliyyəti dərk etmələri üçün, aldıqları məvaciblə kimə borclu olduqlarını anlamaları üçün azarkeşlərinin hansı şəraitdə çalışdıqlarını görməli idilər. Onlar bunu görməli, qiymət verməli idilər".


Əlbəttə, Azərbaycan futbolunun bəlaları tək azarkeşlərə hörmətsizliklə bağlı deyil. Ancaq bu da təsiredici amillərdəndi. Həm Robert Prosineçki, həm də klub məşqçilərimiz bu tip üsullardan istifadə etsələr, futbolçular da meydana çıxdıqda, fanatların hansı min bir əziyyət hesabına 3-5 manat qazandıqları pulları onları seyr etmək üçün xərclədikləri qarşısında məsuliyyət hiss edərlər.


Ceyhun Əliyev


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-88-yal-rekordcudan-azrbaycan-futboluna-ornk-t17692.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR