Gürcüstanda azərbaycanlılar və gürcülər yaşayan kənddə oğurluq və qətl hadisələri baş verib

11:17 22 Yanvar 2015
234 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 11:14 ]


Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstan paytaxtının 1 km-iyində yerləşən Poniçala (Soğanlıq) kəndində ağır cinayət hadisəsi baş verib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə APA-ya Gürcüstan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Kvemo Kartli bölgəsi üzrə əməkdaşı Mziya Çitiaşvili məlumat verib.

 

Azərbaycanlıların və gürcülərin də yaşadığı Poniçala (Soğanlıq) kəndində baş verən iki cinayət hadisəsindən biri oğurluq, digəri qətl hadisəsidir. Hər iki cinayət hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.

 

DİN-in məlumatında bildirilib ki, gecə saatlarında Poniçala (Soğanlıq) kəndində azərbaycanlı ailəsinə hücum olub. Bir qrup silahlı şəxs oğurluq məqsədilə Əhmədovlar ailəsinə hücum edib. Oğurluq zamanı cinayətkarlar ailə üzvlərinin əl-qolunu bağlayaraq, onlara pul və zinət əşyalarını verməyəcəkləri təqdirdə, işgəncə verəcəklərini bildiriblər. Onlar məqsədlərinə nail olduqdan sonra pul və qiymətli zinət əşyalarını götürərək aradan çıxıblar. Hazırda polis onları axtarır. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi (oğurluq) ilə cinayət işi açılıb.

 

Dünən Poniçala kəndində 85 yaşlı gürcü qadın oğlu tərəfindən qətlə yetirilib. Məlumata görə, qətl avtobus dayanacağında baş verib. Xüsusi təyinatlı qüvvələrdə xidmət edən gürcü gənc öz anasının boğazını kəsib. Gəncin saxlanıldığı bildirilir. DİN-dən APA-ya bildirilib ki, hadisə ilə bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR