Tehran Fond Birjasında etiraz

Tehran Fond Birjasında etiraz
11:38 22 Yanvar 2015
201 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Təmkin Cəfərov/

Tehran Fond Birjasında səhmdarların birja indeksinin və səhmlərin qiymətinin aşağı düşməsinə etirazı qarşıdurma ilə nəticələnib.

Trend-in "sahamnews" saytına istinadən verdiyi məlumata görə, səhmdarların ötəngünkü etiraz aksiyasında baş verən qarşıdurmada Fond Birjasının salonunda indeks göstərici şüşələri sındırılıb və bir sıra ofis ləvazimatlarına ziyan vurulub.

Saytın məlumatına görə, binanın ətrafına polis qüvvələri cəlb olunub.

Etirazçılardan bəzisi səhmlərin qiymətlərində manipulyasiya edildiyini bildirib. Onların fikrincə, səhmlərin qiyməti 40 faiz aşağı düşdüyü halda, indeks göstəriciləri o qədər də azalmayıb və bu, etirazçılarda qiymətlərdə manipulyasiya edildiyi qənaəti yaradıb.

Tehran Fond Birjasının baş direktoru Həsən Qalibaf ötən gün etiraz aksiyası iştirakçıları ilə görüşüb və birjada baş verən problemləri dünya bazarında neftin qiymətinin 50 dollardan aşağı düşməsi və büdcə çatışmamazlığı ilə əlaqələndirib.

H.Qalibaf etirazçıları əmin edib ki, birja bazarında vəziyyət normallaşacaq. Onun sözlərinə görə, səhmlərin qiymətinin azalıb artması tələb və təkliflərdən asılıdır.

Qeyd edək ki, Tehran Fond Birjasının rəsmi saytının statistikasına görə, ötən ilin yanvar ayında birja indeksi 82028 vahid təşkil edirdisə, bu rəqəm hazırda 65028 vahidə qədər düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355879.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR