İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində sərnişin daşınması artıb

11:38 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ötən ilin yanvar-noyabr aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 278 milyon nəfər və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,7 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, bu dövrdə İpək yolu ilə daşınan yüklərin həcmi 53,1 milyon ton olub. Yüklərin 49,7 faizi avtomobil, 34,4 faizi dəmir yolu, 15,9 faizi dəniz nəqliyyatının payına düşüb.
Yük daşımaları fəaliyyətindən 465,9 milyon manat, sərnişin daşınmasından isə 97,9 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 10,7 və 13 faiz artım qeydə alınıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ipek_Yolu_neqliyyat_dehlizinin_Azerbaycan_erazisinde_sernisin_dasinmasi_artib-826595

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR