“Simurq” – “Astra” oyununda hesab açılmayıb

11:48 22 Yanvar 2015
162 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Zaqatalanın “Simurq” futbol komandası Antalya təlim-məşq toplanışı çərçivəsində növbəti yoldaşlıq görüşünə çıxıb.
Klubdan AzərTAc-a bildiriblər ki, Rumıniyanın “Astra” komandası ilə qarşılaşan “Simurq” meydandan qolsuz bərabərliklə ayrılıb.
Yanvarın 25-də Vətənə qayıtmağı planlaşdıran “Simurq” təlim-məşq toplanışı çərçivəsində daha bir yoldaşlıq görüşü keçirəcək. Bundan əvvəl “Simurq” ilk oyunda Qazaxıstanın “Şaxtyor” komandasına 3:1 hesabı ilə qalib gəlsə də, “Dyusburq”a (Almaniya) 1:4, digər Qazaxıstan təmsilçisi “İrtış”a isə 0:3 hesabı ilə məğlub olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Simurq___Astra_oyununda_hesab_achilmayib-826599

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR