Dərslikərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlər

Dərslikərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimlər
12:58 28 İyun 2015
241 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 28 iyun, AZƏRTAC
Xəzər Universiteti Təhsil Nazirliyinin sifarişi ilə ümumtəhsil pilləsində fənn kurikulumlarına uyğun dərsliklərin hazırlanması və qiymətləndirilməsi üzrə təlimdə iştirak etmək istəyənlər üçün müraciətlərin qəbulunu elan edir.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlimlər ictimai və humanitar, təbiət və riyaziyyat, incəsənət və texnologiya fənləri üzrə dərsliklərin hazırlanması və qiymətləndirilməsi istiqamətində 10 gün davam edəcək. Təlimlərin oktyabr-noyabr aylarında keçirilməsi nəzərdə tutulur.
Təlimdə əhatə olunan fənlər üzrə dərslik müəllifləri, həmin dərsliklərin qiymətləndirilməsinə və istifadəsinin monitorinqinə cəlb edilmiş ekspertlər, dərsliklərin müəllifi olmaq istəyənlər, eləcə də həmin fənlər üzrə ən azı beşillik pedaqoji təcrübəsi olan, dərsliyin bir hissəni tərtib etmiş və ya tədris vəsaitini hazırlamış şəxslər iştirak edə bilərlər.
Maraqlananlar müraciət formasını iyunun 30-dək http://www.khazar.org/e6942/Dersliklerin-hazirlanmasi-ve-qiymetlendirilmesi-uzre-telimde-istirak-etmek-isteyen-namizedler-ucun-MUSABIQE/az internet səhifəsindən yükləyib development@khazar.org elektron ünvana göndərə bilərlər.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Derslikerin_hazirlanmasi_ve_qiymetlendirilmesi_uzre_telimler-867652

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR