""Neftçi" xarakter göstərdi"

""Neftçi" xarakter göstərdi"
11:52 22 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

""Neftçi" Azərbaycan futbolunda tarixi olan bir komandadır. Belə bir komanda ilə oynamaq bizə çox maraqlı idi. "Neftçi"nin futbolçuları texnikalı və cəlddir".
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın "Volın" klubunun baş məşqçisi Vitali Kvartsyanıy "Neftçi"yə 3:4 hesabı ilə uduzduqları matçdan sonra deyib.
 
"İlk hissədə dərhal iki top buraxdıq və toparlana bilmədik. Təlim-məşq toplanışı, inkişaf üçün yaxşı oyun oldu. Səhvlərimizi gördük. "Neftçi"nin hücumameyilli futbolçuları bizi çoxlu səhvlər etməyə məcbur etdi", - deyə o bildirib.
 
V.Kvartsyanıy qeyd edib ki, "Neftçi" qarşılaşma ərzində çoxlu qol imkanları yaradıb: "Biz isə hücum etməkdə çətinlik çəkirdik. "Neftçi" xarakter göstərdi, komandam isə tam əksinə, bunu bacarmadı. Hesab da qanunauyğun oldu".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR