“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramına başlayıb

“Excelsior Hotel Baku” oteli yeni peşəkar tədris proqramına başlayıb
11:53 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
“Excelsior Hotel Baku” oteli mehmanxana sektorunda yeni peşəkar tədris proqramına başlayıb.
“Excelsior Hotel Baku”dan AzərTAc-a bildiriblər ki, yeni proqram otelin insan resursları departamenti tərəfindən hazırlanıb. Bu proqram kulinar və aşpaz hazırlayan texniki-peşə məktəbləri şagirdlərini və Turizm İnstitutunun tələbələrini əhatə edir. Ödənişsiz proqram 6 ay üçün nəzərdə tutulub. Sonda iştirakçılara sertifikatlar veriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Excelsior_Hotel_Baku_oteli_yeni_pesekar_tedris_proqramina_baslayib-826601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR