Dayanacağa mərmi düşdü

Dayanacağa mərmi düşdü
11:56 22 Yanvar 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanaın Donetsk şəhərində dayanacağa mərmi düşüb. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, Leninsk rayonunda mərminin tramvay dayanacağına düşməsi nəticəsində 13 nəfər ölüb. Ona yaxın insanın yaralandığı bildirilir.

Hadisə bu gün səhər saatlarında baş verib.

Məlumata görə, atəş mikroavtobusda yerləşdiirlən minaatanlardan açılıb.

Ölənlərdən azı 7-nin trolleybusdakı sərnişinlər olduğu qeyd edilir.

Mərmilərdən biri isə dayanacağın yaxınlığında olan avtomobilin üzərinə düşüb. Sürücü hadisə yerindəcə ölüb.

Qeyd edək ki, yanvarın 20-də də ictimai nəqliyyatın dayanacağı qumbaraatnla atəşə tutulmuşdu. Hadisə nəticəsində 2 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321111

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR