Bakıda quldurluq hadisəsi törədən dəstənin daha bir üzvü tutulub

12:22 22 Yanvar 2015
196 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:16 ]

Bakı. Fuad Cəfərov - APA. Bakıda quldurluq hadisəsi törədən şəxs tutulub.

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da saat 20.00 radələrində Buzovna qəsəbəsi Yeni yaşayış sahəsində yaşayan Nazim Kərimovun evinə açıq qapıdan daxil olmaqla, quldurluq əməli törətməkdə şübhəli bilinən 1986-cı il təvəllüdlü Elgün Abdullayev saxlanılıb.

 

Qeyd edək ki, yanvarın 19-da Xəzər rayonunun Buzovna qəsəbəsində N. Kərimovun yaşadığı evə açıq qalmış qapıdan girən 4 maskalı şəxs bıçaqla ona xəsarət yetirib, pul və qızıl əşyalar verməsini tələb edib. Müqavimətlə rastlaşdıqlarından hadisə yerini tərk edərkən N. Kərimov onlardan birini tutub hadisə yerinə gəlmiş polis əməkdaşlarına təhvil verib.

 

Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxsin Bakı şəhər sakini Xəyal Əlimərdanov olması müəyyən edilib. X. Əlimərdanov hadisəni 3 nəfərlə birgə törətdiyini etiraf edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369946

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR