Bakı, 22 yanvar, AzərTAc
Türkiyədə təlim-məşq toplanışında olan “Xəzər-Lənkəran” futbol komandası növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
AzərTAc xəbər verir ki, “Xəzər-Lənkəran” Rumıniyanın “Universitatya” (Krayova) komandası ilə qarşılaşıb.
Görüşdə Rumıniya təmsilçisi “Xəzər-Lənkəran”ın qapısından üç cavabsız top keçirib.
Qeyd edək ki, baş məşqçi Elbrus Məmmədovun yetirmələri bundan əvvəlki yoxlama oyunlarında Türkiyənin “Təkirdağspor” komandası (2:2) ilə sülh bağlamış, “Kemnitser”ə (Almaniya, 0:2) və “Metallurq”a (Ukrayna, 1:2) uduzmuşdu.