Prezident Davosda görüş keçirdi

Prezident Davosda görüş keçirdi
12:26 22 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev Davosda “Airbus Group International” şirkətinin direktoru Jan-Pyer Talamoni ilə görüşüb.

ANS PRESS-in məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında kosmos sənayesi sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Söhbət zamanı “Azərbaycan Hava Yolları” QSC ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri yanvarın 21-də başa çatıb. Berlinin Tegel Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Almaniya səfərini başa vuran prezident İlham Əliyev İsveçrəyə işgüzar səfərə gedib.

Prezident İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321152

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR