Yazıçılar Birliyinin 80 illik yubileyinə həsr olunan “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib

09:42 26 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 09:41 ]

Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illik yubileyinə həsr olunan “Səksəninci səhifə” filminin təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, film “Azad Azərbaycan” (ATV) telekanalında hazırlanıb: “Bu gün həm də rus dilində olan ayb.ru saytı istifadəyə verilib. Həm filmin təqdimatı, həm də saytın istifadəyə verilməsi Yazıçılar Birliyinin həyata keçirmək istədiyi növbəti layihələrdir”.


Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, AYB-nin katibi İlqar Fəhmi bildirib ki, “Səksəninci səhifə” filmi birliyin 80 illik fəaliyyətinə həsr olunan ekran əsəridir və gələcəkdə AYB-nin növbəti yubileylərində digər filmlərin çəkilməsi də müzakirə olunur.


Filmin ssenari müəllifləri Xəyal Rza, Günay Novruz, rejissoru Emin Məmmədov, məsləhətçiləri Məqsəd Nur və Səlim Babullaoğludur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR