Bakı məktəblərində direktor müavini olmaq istəyənlər üçün İMTAHAN

Bakı məktəblərində direktor müavini olmaq istəyənlər üçün İMTAHAN
12:29 22 Yanvar 2015
102 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil məktəblərində təlim – tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) və laborant vəzifələrinə işə qəbul olunmaq üçün yanvarın 24-25-də imtahan keçiriləcək. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müsabiqə 3 mərhələdən ibarətdir və imtahanda I mərhələdə (17-24 noyabr tarixlərində) bakuedu.az saytında qeydiyyatdan keçən və tələblərə uyğun olan namizədlər iştirak edə biləcəklər.

 

 

Müsabiqənin II mərhələsində isə namizədlərə imtahan keçiriləcək. Baş tutacaq imtahan özlüyündə 2 mərhələdən ibarət olacaq. Direktor müavini vəzifəsi üzrə sənəd verən namizədlərə test imtahanı (30 sual) üçün 1 saat, onlara təqdim olunmuş mövzu üzrə esse yazmaq üçün 1 saat (ümumilikdə 2 saat) vaxt veriləcək.

 

 

Laborantlıq üzrə qeydiyyatdan keçən namizədlərə isə test (30 sual) üçün 1 saat, onlara verilmiş mətnin çap edilməsi üçün 30 dəqiqə vaxt (ümumilikdə 1,5 saat) vaxt veriləcək.

İmtahandan uğurla keçən namizədlər III mərhələdə komissiya tərəfindən təşkil olunmuş müsahibədə iştirak edəcək.

 

 

Müsahibədən müvəffəqiyyət qazanmış namizədlər vakant vəzifələrə yerləşdiriləcək və vakant yerlər olmadığı təqdirdə namizədlərin sənədləri BŞTİ-nin kadrlar bazasında toplanılacaq. Yeni vakansiyalar  yarandığı halda bu namizədlərin müsabiqədəki göstəricilərinə əsasən işlə təmin olunması nəzərdə tutulur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191102

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR