Əfqanıstan və Türkmənistan prezidentləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər

Əfqanıstan və Türkmənistan prezidentləri Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə ediblər
12:32 22 Yanvar 2015
113 Dünya
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 12:24 ]

Bakı – APA. Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni Aşqabadda türkmənistanlı həmkarı Qurbanqulu Berdıməhəmmədovla Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması məsələsini müzakirə edib.

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, tərəflər nəqliyyat-kommunikasiya sektorunda, o cümlədən yeni nəqliyyat dəhlizlərinin yaradılması sahəsində əməkdaşlığı Türkmənistan-Əfqanıstan qarşılıqlı əlaqələrinin mühüm aspektlərindən biri adlandırıblar.

 

Görüşdə qeyd edilib ki, həm Türkmənistanın, həm də Əfqanıstanın əlverişli coğrafi, geosiyasi və geoiqtisadi vəziyyəti buna imkan yaradır.


Q. Berdıməhəmmədov bildirib ki, Əfqanıstan tərəfi nəqliyyat-tranzit dəhlizləri şəbəkəsinin inkişafına dair yaxşı təkliflər, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin yaradılması ilə bağlı təşəbbüs irəli sürüb. Diplomatik fəaliyyətin bir sıra mühüm istiqamətləri arasında enerji təhlükəsizliyinin təmin edilməsinə və nəqliyyat-tranzit dəhlizləri yaradılmasına üstünlük verdiklərini deyən Türkmənistan prezidenti xatırladıb ki, BMT Baş Assambleyası bu məsələlərin hər ikisinə dair xüsusi qətnamələr qəbul edib, Əfqanıstan da həmin qətnamələrin həmmüəllifi kimi çıxış edib.


Öz növbəsində M. Qəni Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsinin dəstəklənməsinə görə Türkmənistan tərəfinə təşəkkür edib. O, öz ölkəsinin Pakistanla sərhədədək qaz kəməri, dəmir yol şəbəkəsi və elektrik xətlərinin çəkilməsində maraqlı olduğunu bildirib və müvafiq danışıqlar aparmağa hazır olduğunu vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR