Azərbaycanda ağır qəza: 4 yaralı

Azərbaycanda ağır qəza: 4 yaralı
12:36 22 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Oğuz rayonunda yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, "Peugeot" markalı minik avtomobili Oğuz magistral yolunun kənarında dayanan "KamAZ" markalı yük maşınına arxadan dəyib. Nəticədə "Peugeot"dakı 1 sürücü və 3 sərnişin yaralanıb. Yaralıları Şəki rayon mərkəzi xəstəxanasına aparıblar.

Hadisə səhərə yaxın baş verib. İlkin ehtimala görə, hadisəyə səbəb gecə vaxtı yolun sürüşkən olması və minik avtomobilinin öz hərəkət zolağından çıxması olub.

Faktla bağlı araşdırma aparılır.
Mənbə
ANS PRESS, Xatirə Əkbərova



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321155

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR