TQDK-dan abituriyentlərə YENİ MÜRACİƏT

TQDK-dan abituriyentlərə YENİ MÜRACİƏT
13:22 22 Yanvar 2015
131 Sosial
Ölkə mətbuatı
A- A+

Tələbə Qəbulu üzrə Dövlət Komissiyassı onlara ünvanlanan çoxsaylı sualları nəzərə alaraq, növbəti dəfə şagird və müəllimlərə müraciət edib.

Komissiyadan Trend-ə verilən məlumata görə, ali təhsil müəssisələrinin III və IV ixtisas qruplarının xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlər əvvəlcədən təyin olunacaq vaxtda müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) seçmə turda iştirak etməlidirlər. Daha sonra həmin abituriyentlər buraxılış imtahanında (əvvəlki illərin məzunları, eləcə də kollec və ali məktəb məzunu olan abituriyentlər eksternat qaydada keçirilən buraxılış imtahanında) iştirak edəcəklər. Buraxılış imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtini ödəyən abituriyentlər qabiliyyət imtahanında iştirak edə biləcəklər.

2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər. Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər.

İki xarici dil keçən XI sinif şagirdləri bu xarici dillərdən hər hansı biri üzrə buraxılış imtahanı verə bilər. Bu məqsədlə şagirdin imtahan vermək istədiyi xarici dil buraxılış imtahanı fənni kimi sistemdə indidən seçilməlidir. Tədris olunan digər xarici dil isə sistemdə ikinci xarici dil kimi qeyd edilməlidir.

Tədris olunmayan xarici dil XI siniflərdə imtahan fənni kimi seçilə bilməz. Xarici dil tədris olunan XI siniflərdə kimya imtahan fənni kimi seçilə bilməz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR