“Azərbaycanda QHT sektoru dünyada ən nümunəvilərdəndir”

“Azərbaycanda QHT sektoru dünyada ən nümunəvilərdəndir”
13:24 22 Yanvar 2015
120 Ölkə
Ölkə mətbuatı
A- A+

“Azərbaycanda QHT sektoru bizə bəzi kənar maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq bəlkə də dünyada ən nümunəvi sektorlardan biridir”. Lent.az-ın məlumatına görə, bunu PA-nın İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident yanında QHT-ə Dövlət Dəstəyi Şurasının illik hesabatına həsr edilmiş konfransda çıxışı zamanı bildirib.

Ə. Həsənov bildirib ki, demokratiya carçısı olan dövlətləri təmsil edən donor təşkilatları Azərbaycana qarşı vahid mərkəzdən siyasət formalaşdırırlar. “Ölkənin milli maraqları, qondarma "Dağlıq Qarabağ Respublikası"nı təmsil edən "rəsmi" və "QHT-lərin" nümayəndələri ilə bir arada oturub heç bir etiraz etmədən, onlara heç bir rəy bildirmədən Azərbaycandakı vəziyyəti təhlil etmək, elə onlardan heç nə ilə fərqlənmir. Belələri ictimai qınağa tuş gəlməlidir. Bir dəfə mən ictimai qınaqla bağlı danışdım. Onları müdafiə edən qüvvələr dedilər ki, Əli Həsənov QHT-lərə və bəzi antiazərbaycan qüvvələrindən qisas almağa çalışır. Xeyr. Burada qisasdan söhbət getmir. Burada sadəcə olaraq ictimai qınaqdan söhbət gedir. İctimai qınaq heç vaxt kiməsə qarşı fiziki tədbir və digər şeyi nəzərdə tutmur. Əgər onlar ictimai qınaqla insana qarşı bu və ya digər fiziki təqibi fərqləndirə bilmirlərsə, onların bundan sonra da siyasətlə məşğul olmağının, cəmiyyətə nəyisə təlqin etmələrinin heç bir mənası yoxdur. Bu anlamda QHT-lər, əlbəttə ki, QHT-lərə Dövlət Dəstəyi Şurası da öz münasibətini bildirməlidir”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191108

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR