Bakıda oğlan xalası qızını zorlamaq istədi (VİDEO)

Bakıda oğlan xalası qızını zorlamaq istədi (VİDEO)
13:26 22 Yanvar 2015
261 Sosial
Ölkə mətbuatı
A- A+

Suraxanı rayonunda azyaşlı xalası qızını bıçaqlayan şəxs saxlanılıb.

ANS TV-nin məlumatına görə, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Nəcəfov Seymur Məmməd oğlu Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur Nəcəfov ona qarşı zorakılıq hərəkətləri etməyə başlayıb. Qız müqavimət göstərəndə Seymur ona bıçaqla xəsarət yetirərək boğmaq istəyib. Bu zaman evə qızın valideynləri gəlib. Xalasının gəldiyini görən Seymur Nəcəfov evdən qaçıb. Azyaşlı təcili tibbi yardım avtomobili ilə xəstəxanya çatdırılıb. Müayinə zamanı azyaşlı qızda 3 bıçaq xəsarətinin olduğu aşkarlanıb.

Həkim İbrahim Mirzəliyev 15 yaşlı Məmmədova Almazın təcili tibbi yardım maşını ilə 3 saylı şəhər Klinik Xəstəxanasına gətirildiyini deyir. O xəstənin döş qəfəsinin sol və sağ yarısında və eyni zamanda sol çarğı nahiyəsində kəsilmiş-deşilmiş yaranın olduğunu bildirdi. Həkim sol çarğıda olan yaranın daxilə nüfuz etdiyini vurğuladı. Həkmin sözlərinə görə, 15 yaşlı Məmmədova Almaz təcili əməliyyat olunduqdan sonra vəziyyəti stabil-ağır olaraq qalır.

Həkim yaralı qızın boğazında da xəsarətlərin olduğunu bildirib. Hadisə yerindən qaçan Seymur Nəcəfov Suraxanı rayon Polis İdarəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla əlaqədar cinayət işi başlanıb araşdırmalar davam edir.


Mənbə
ANS TV, Anar Qafarov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=30&nid=321168

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR