Azərbaycanda ötən il qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi açıqlanıb

13:52 22 Yanvar 2015
95 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 13:46 ]

Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda 2014-cü il ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 3349 fakt aşkar edilib.

APA-nın məlumatına görə, bu, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun açıqladığı hesabatda əksini tapıb.

 

Aşkar edilən faktlardan 931-ni satış, 2202-ni saxlama, 203-nü əkin, 13-nü digərləri təşkil edib. Aşkar edilmiş  faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 321 kq 288,658  qr müxtəlif növ narkotik vasitələr müsadirə olunub. Müsadirə olunan narkotik vasitələr 153 kq 948,443 qr həşiş (12%), 296 kq 126,546 qr heroin (22%), 327 kq 140,538 qr tiryək (25%), 487 kq 286,322  qr marixuana (37%), 56 kq 899,469 qr digərləri (4%), 2 kq 549,108 qr psixotrop maddə 0,1 qr prekusor  və 20 qr amfetamindən ibarət olub.

 

Eyni zamanda “Xaşxaş” 2014 şərti adı altında həyata keçirilən tədbirlər nəticəsində qəsdən əkilib becərilən və yabanı halda bitmiş 308 ton 186 kq 581 qr narkotik tərkibli bitkilər yaşıl kütlə halında aşkar olunaraq  məhv edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369981

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR