Şok kadrlar: 11 uşaq anası qarnından əkizlərini çıxardı - FOTO

Şok kadrlar: 11 uşaq anası qarnından əkizlərini çıxardı - FOTO
14:05 22 Yanvar 2015
541 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Bu mənim doğuşumdur, mənim vücudumdur, mənim balalarımdır. Ona görə də övladlarımı qarnımdan özüm dartıb çıxardım".
Avstraliyadakı unikal cərrahiyyə əməliyyatının "obyekt"i olmuş Cerri Volf belə deyir.
 
Milli.Az CNN-ə istinadən bildirir ki, 41 yaşlı, 9 övlad anası Cerri Volf hamilə idi. O, bətnindəki əkizləri dünyaya gətirəndən sonra 11 övlad anası olacaqdı.
 
Fəqət, miss Cerrinin hamiləliyinin son ayları ağır keçdiyindən həkimlər doğuş zamanı qeysəriyyə əməliyyatını gerçəkləşdirmək qərarına gəliblər.
Əməliyyat başlanmazdan az öncə Cerri həkimləri şoka salıb: "Balalarımı bətnimdən özüm çıxarmaq istəyirəm. Tanrı eşqinə, bunu etməyimə imkan yaradın! İndiyədək 5 övladımı qeysəriyyə ilə doğmuşam. Bu dəfə özüm görmək istəyirəm balalarımı".
 
Avstraliyanın Yeni Cənubi Uels vilayətindəki Nyukasl şəhərində yerləşən Con Hanter hospitalında (John Hunter Hospital) dünyanın ən nadir, unikal doğuş əməliyyatı beləcə gerçəkləşib.
 
41 yaşlı Cerri Volf cərrahiyyə masasında olarkən əkiz övladları Matilda və Vayleti qeysəriyyə əməliyyatı ilə yarılmış bətnindən özü çıxarıb.
Cerri Volfun dediyinə görə, hamiləliyin 36-cı həftəsində olanda həkimlər ona bətnindəki əkizləri normal doğuşla dünyaya gətirə bilməyəcəyini deyiblər.
 
"Əvvəlki qeysəriyyə əməliyyatlarım çox yaxşı keçdi. Amma o əməliyyatlardan bixəbər qaldım, çünki anesteziya altında, yuxuda olmuşam. Əkiz balalarımı isə özüm bətnimdən çıxarmaq istədim və həkimlərə minnətdaram ki, arzumu çin etdilər. Ərim Robert belə mənə qarşı idi. Amma inad etdim, "Bu, mənim bədənim, mənim övladlarımdır" dedim", - Cerri Volf söyləyib.
 
O, əməliyyat zamanı yarılmış qarnından əvvəlcə Matildanı, bir dəqiqə sonra isə Vayleti çıxarıb.
Qızların durumu normaldır.
 
Matilda doğulanda çəkisi 3,04 kq, Vayletin çəkisi isə 2,54 kq olub.
 
Cerri söyləyir: "Adi, rutin doğuşla müqayisədə övladlarımı bətnimdən çıxarmağım sanki möcüzə idi! Tanrıya minnətdaram ki, mənə bu anları yaşatdı!"
 
Milli.Az 














Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/320305.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR