Avtobus sərnişinlərinə şad xəbər

Avtobus sərnişinlərinə şad xəbər
10:21 26 Dekabr 2014
146 Digər
Ölkə mətbuatı
A- A+

Gələn ildən Bakıda köhnə sərnişin avtobusu qalmayacaq.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşı Əmrah Cəfərovun ANS PRESS -ə verdiyi məlumata görə, gələn ildən paytaxt mərkəzində, eləcə də, kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da yenilənəcək.

“Hazırda paytaxtda 2000-ə yaxın sərnişin avtobusu xidmət göstərir. Onların 70 faizi yenidir. Çoxu da, “Daewoo” markalı avtobuslardır. Bu ilin sonunda Bakıya 50 ədəd Türkiyədə istehsal olunan “İsuzu” markalı avtobuslar gətirildi və istifadəyə verilib. Gələn il də qalan 30 faiz köhnə avtobuslar yenilənəcək. Əsasən kənar qəsəbələrdə işləyən köhnə avtobuslar da tamam yenilənəcək”, - deyə Əmrah Cəfərov bildirib.

Qeyd edək ki, yeni avtobusların gətirilməsindən sonra gedişhaqqı artımı məsələsi barədə söz-söhbətlər yayıldı. Əmrah Cəfərov deyir ki, hələlik gedişhaqqı artımı gündəmdə deyil. Baxmayaraq ki, gediş hqqılarının artırılması ilə bağlı Taarif Şurasına müraciət olunmuşdu, müraciətə müsbət cavab verilməyib. Bu səbəbdən də, hələlik gediş haqqı artırılmır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=316390

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR