Mədəniyyət və turizm naziri Şabranda vətəndaşları qəbul edib

14:07 22 Yanvar 2015
159 Digər
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 14:05 ]


Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 22-də Şabranda Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

 

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə 40-dan çox vətəndaş müxtəlif məsələlərə dair xahiş və təkliflər səsləndirib.

 

Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, mədəniyyət ocaqlarının ixtisaslı kadrlarla təminatı, uşaq incəsənət və musiqi məktəblərinin musiqi alətləri təchizatı və digər məsələlərlə bağlı olub.

 

Görüşdə Şabran rayonunda "Çıraqqala" Tarix-Memarlıq Qoruğunda bərpa işlərinin aparılması, rayondakı Pirəbədil Tarix Muzeyinin adının dəyişdirilməsi ilə əlaqədar muzey ekspozisiyanın yenidən qurulması, Xaçmaz rayonunun turizm potensialı nəzərə alınaraq tarix və mədəniyyət abidələrinin bərpa olunması barədə təkliflər səslənib.

 

Siyəzəndə uşaq incəsənət məktəbi üçün rəqs zalının tikilməsi, Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə uşaq ədəbiyyatının verilməsi, Qusar şəhərində uşaq incəsənət məktəbinin musiqi alətləri ilə, Quba rayonundakı Bəşir Səfəroğlu adına Mədəniyyət evinin milli geyimlər və aksesuarlarla təmin olunmasında köməklik göstərilməsi də xahiş edilib.

 

Ə. Qarayev qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirib ki, edilən müraciətlər nəzərdən keçiriləcək, qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görüləcək.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369987

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR