Uzaq məsafələrə uçanlar üçün dərman

Uzaq məsafələrə uçanlar üçün dərman
14:13 22 Yanvar 2015
378 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Məftun Salmanov/

Orqanizmin bioloji saatının digər saat qurşağına köklənməsinə kömək etmək və xoşagəlməz simptomlardan yayınmaq üçün tabletlər hazırlanıb.

Trend-in cümə axşamı "İnterfax"-a istinadən verdiyi məlumata görə, dərmanı Kanadanın Makqill və Duqlas Psixoloji Sağlamlıq İnstitutunun əməkdaşları ixtira ediblər.

Uzaq məsafələrə səfərlər orqanizmin ritmini pozur. Saat qurşaqlarının dəyişməsi zamanı insanda yuxusuzluq, yorğunluq, iştahsızlıq, uzunmüddətli perspektivdə isə diabet və onkoloji daxil olmaqla, xeyli sayda xronoki xəstəliklər yarana bilər.

Dərmanın təsiri nəticəsində orqanizm gündüzü gecə və əksinə hesablamağa başlayır. Hazırda sınaqlar davam edir. Dərmanın satışa çıxacağı tarix bəlli deyil.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2355976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR