Azərbaycan Turizm Assosiasiyası ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir

Azərbaycan Turizm Assosiasiyası ilə “Şahdağ” turizm kompleksi birgə monitorinqlər keçirir
15:18 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycan Turizm Assosiasiyası ilə Şahdağ Qış-Yay Turizm Kompleksi birgə monitorinqlərə başlamışdır.
Monitorinq Şahdağ Qış-Yay Turizm Kompleksinə turizm şirkətləri vasitəsilə səfər edən turistlərin təhlükəsizliyinin təmin olunması, Mədəniyyət və Turizm Nazirliyinin xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərən turizm şirkətlərinin qanunsuz turlarının qarşısının alınması və kompleksə gələn turistlərin bu sahədə maarifləndirilməsi məqsədilə təşkil olunub.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, keçirilmiş monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən iki turizm şirkəti tərəfindən kompleksə kommersiya xarakterli turların təşkil olunması halları müşahidə olunub. Bununla yanaşı, avtobuslar vasitəsilə özfəaliyyət formasında turist qrupları yığaraq turlar təşkil olunur.
Yuxarıda qeyd olunan xoşagəlməz halların qarşısının alınması və Şahdağ Qış-Yay Turizm Kompleksində səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə həm Azərbaycan, həm də xarici vətəndaşlardan xahiş olunur ki, səfər zamanı turlar təşkil edən şirkətlərdən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən verilmiş xüsusi razılığı (lisenziyanı) tələb etsinlər.
Bildiririk ki, monitorinqlər qış turizm mövsümündə davam etdiriləcək və belə hallar aşkar edildiyi təqdirdə müvafiq qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir.
Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmiş turizm şirkətlərinin siyahısı ilə www.azerbaijan.travel internet saytı vasitəsilə tanış ola bilərsiniz.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Turizm_Assosiasiyasi_ile_Sahdag_turizm_kompleksi_birge_monitorinqler_kechirir-826709

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR