Rusiyanın xarici işlər naziri MDB ölkələrinin səfirləri ilə görüşüb

Rusiyanın xarici işlər naziri MDB ölkələrinin səfirləri ilə görüşüb
15:23 22 Yanvar 2015
246 Ölkə
Ölkə mətbuatı
A- A+


Moskva, 22 yanvar, AzərTAc
Yanvarın 21-də Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov MDB üzvü olan ölkələrinin səfirləri ilə ənənəvi işçi naharı formatında görüşüb. Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilir ki, görüşdə Birlik məkanında vəziyyət, MDB formatında əsas əməkdaşlıq aspektləri, inteqrasiya proseslərinin inkişaf perspektivləri, gündəmdə olan beynəlxalq aktual məsələlər üzrə səmimi və ətraflı fikir mübadiləsi aparılıb.
Fəridə Abdullayeva
AzərTAc-ın xüsusi müxbiri
Moskva

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rusiyanin_xarici_isler_naziri_MDB_olkelerinin_sefirleri_ile_gorusub-826712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR