Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçiriləcək

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin sammiti keçiriləcək
15:44 22 Yanvar 2015
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkiyə, Azərbaycan və Gürcüstan prezidentlərinin builki görüşü Bakıda keçiriləcək.

 

APA-nın “Georgianpress” saytına istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Prezident Administrasiyası rəhbərinin müavini Giorgi Abaşişvili bildirib.

 

O qeyd edib ki, 3 ölkənin iştirakı ilə sammit hər il keçiriləcək və Gürcüstanın geosiyasi rolunun güclənməsinə təkan verəcək.

 

İlk sammit ötən il Tbilisidə baş tutub, növbəti görüş isə gələn il Türkiyədə keçiriləcək.

 

“Gürcüstan prezidenti bu sammitə böyük önəm verir və diqqət ayırır, bu barədə özünün bütün xarici səfərlərində də qeyd edir. Bizim məqsədimiz Gürcüstanın geosiyasi rolunun artması, Asiya və Avropa arasında körpüyə çevrilməkdir ki, bu da region ölkələrinin vasitəsi ilə mümkündür”, - deyə G. Abaşişvili bildirib.

 

O qeyd edib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa xüsusi önəm verir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR