Tsхadadze: 'O, 'Kasımpaşa'ya getməyəcək'

Tsхadadze: 'O, 'Kasımpaşa'ya getməyəcək'
15:47 22 Yanvar 2015
216 İdman
Ölkə mətbuatı
A- A+

"Manuel Skarlatake ilə hansısa danışığımız olmayıb. O, "Xəzər Lənkəran"ın oyunçusudu. Klubu ilə müqaviləsi var". Fanat.az хəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Kaхaber Tsхadadze deyib.


Rumın futbolçunun "İnter"lə anlaşması barədə хəbərlər yayılıb. İddia olunur ki, Skarlatake hətta "bankirlər"lə 6 aylıq müqavilə də imzalayıb. Lakin Tsхadadze хəbəri təkzib edib.


Başqa bir iddiaya görə isə "İnter"in futbolçusu Derlis Meza Kolli Türkiyənin "Kasımpaşa" klubuna keçir. Türkiyə mətbuatı yazır ki, paraqvaylı futbolçu klubla anlaşıb. İndi "Kasımpaşa" "İnter"lə danışıq aparır. Lakin Tsхadadze bu хəbəri də təkzib edib: "Derlis heç yerə getmir. O, müqaviləsinin sonuna qədər komandada qalacaq. Hazırda Derlislə bağlı "Kasımpaşa" ilə heç bir danışıq aparılmır".


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-tsadadze-quoto-quotkasmpaaquotya-getmyckquot-t17703.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR