Türkiyəli oriental rəqqasə Tanyeli “Söyləməzsəm olmaz” verilişində maraqlı açıqlamalar verib.
Axşam.az-ın məlumatına görə, keçmiş həyat yoldaşının nikah şahidi olduğunu söyləyən Tanyeli “belə xırdalıqlara fikir verməməliyik” deyib:
“Keçmiş həyat yoldaşımın nikah şahidi olduğum düzdür. Uşağımın atası olduğu üçün bunu etdim. Həmin adam mənimlə 12 il bir yerdə yaşayıb. Övladım xoşbəxt olsun deyə bu addımı atdım. Buna görə heç narahat olmadım. Heç kim də pis qarşılamadı”.