Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə təbii qaz verilib

Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə təbii qaz verilib
15:58 22 Yanvar 2015
394 Ölkə
Ölkə mətbuatı
A- A+


Füzuli, 22 yanvar, AzərTAc
Yanvarın 22-də Füzuli rayonunun Qayıdış-3 qəsəbəsinə ilk dəfə olaraq təbii qaz verilib.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edənlər sakinləri qaz çəkilişi münasibətilə təbrik edib, əhalinin sosial problemlərinin həlli, o cümlədən “mavi yanacaq”la təmin olunması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, indiyədək Horadiz şəhəri, rayonun 22 kəndindən 20-si, məcburi köçkünlər üçün salınmış Zobucuq, Qayıdış-1, 2 qəsəbələri təbii qazla təmin olunublar.
Məlumat verilib ki, 200 abonenti olan Qayıdış-3 qəsəbəsinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7816 metr olan müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 200 ədəd məişət qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən qəsəbə sakinləri əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qəsəbəyə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fuzuli_rayonunun_Qayidis_3_qesebesine_tebii_qaz_verilib-826731

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR