İstanbulda keçirilən beynəlxalq sərgidə Azərbaycanı 11 otel və şirkət təmsil edir

İstanbulda keçirilən beynəlxalq sərgidə Azərbaycanı 11 otel və şirkət təmsil edir
16:03 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


İstanbul , 22 yanvar, AzərTAc
Yanvarın 22-də İstanbulun TÜYAP Yarmarka Mərkəzində açılan Beynəlxalq Turizm Sərgisində (EMİTT) Azərbaycanı 11 otel və şirkət təmsil edir.
Azərbaycan bölməsi ölkəmizin sürətli inkişafını, tarixi və təbiət mənzərələrini əks etdirən tablo və fotolarla bəzədilib. Böyük monitorlarda nümayiş olunan filmlər Azərbaycan haqqında, o cümlədən Bakı-2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər uğurlar barədə əyani təsəvvür yaradır.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Aydın İsmiyev AzərTAc-a bildirib ki, Azərbaycan bölməsi böyük maraqla ziyarət olunur. Sərgidə Azərbaycanı təmsil edən şirkət və otel təmsilçiləri digər ölkələrin nümayəndələri ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün danışıqlar aparırlar.
Xatırladaq ki, yüzdən artıq ölkədən 4500 təşkilat və firma təmsil olunduğu sərgi yanvarın 25-dək davam edəcək.
Sabir Şahtaxtı
AzərTAc-ın xüsusi müxbiri
İstanbul

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Istanbulda_kechirilen_beynelxalq_sergide_Azerbaycani_11_otel_ve_sirket_temsil_edir-826732

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR