Müdafiə naziri BƏƏ Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib

Müdafiə naziri BƏƏ Hərbi Hava Qüvvələrinin komandanını qəbul edib
16:12 22 Yanvar 2015
216 Sosial
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 16:07 ]


Bakı. Rəşad Süleymanov – APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı, general-mayor İbrahim Nasir Məhəmməd Əl-Ələvini qəbul edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər regional hərbi-siyasi vəziyyət, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

Müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini xüsusi vurğulayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə vətənin hər qarış torpağını işğalçılardan azad etmək üçün döyüşə hazır olduqlarını diqqətə çatdırıb.

 

Görüşdə BƏƏ-nin Azərbaycandakı səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli iştirak edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370008

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR