Robert Prosineçki: "Kimin nəyə qadir olduğunu bilirəm"

Robert Prosineçki: "Kimin nəyə qadir olduğunu bilirəm"
16:27 22 Yanvar 2015
172 İdman
Ölkə mətbuatı
A- A+

"Burada olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm". Fanat.az xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləyən Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis hələlik gördüklərindən razı qalıb: "Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər. Hələ ki gördüklərimdən razıyam. Oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır".

Prosineçki ölkədən kənarda çıxış edən futbolçularımız barədə də məlumatlı olduğunu bildirib: "Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqda məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədi. Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdı. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündü. Buna zamanım yetməz".

Baş məşqçi fevralda yoxlama oyunu keçirmək üçün hələ rəqib tapa bilmədiklərini deyib: "Millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik".

Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-robert-prosinecki-quotkimin-ny-qadir-olduunu-bilirmquot-t17706.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR