İlham Əliyev bir sıra görüşlər keçirib

İlham Əliyev bir sıra görüşlər keçirib
16:29 22 Yanvar 2015
193 Ölkə
Ölkə mətbuatı
A- A+

Yanvarın 22-də Davosda dövlət başçısı İlham Əliyevin və İsrail Dövlətinin sabiq prezidenti Şimon Peresin görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə edilib.

Söhbət zamanı iqtisadi sahədə əməkdaşlığın və mədəniyyətlərarası dialoq istiqamətində əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyevin İsveçrə Konfederasiyasının prezidenti Simonetta Sommaruqa ilə görüşü də olub. Görüşdə ölkələrimiz arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. İqtisadi sahədə səmərəli əlaqələrin olduğu qeyd edilib və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu diqqətə çatdırılıb. İsveçrə şirkətlərinin Azərbaycanda sərmayə qoyuluşu, enerji sahəsində əməkdaşlıq, eləcə də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin bu ölkədəki fəaliyyətinin əhəmiyyəti vurğulanıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191148

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR