® Doctormap.az portalı tibb xidmətlərində 70%-dək qənaət imkanı yaradacaq

11:02 26 Dekabr 2014
61 Digər
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 11:00 ]

Bakı-APA. Doctormap.az bir tibb xidmətləri portalı olaraq, əhalini yüksək keyfiyyətli və eyni zamanda sərfəli xidmətlərlə təmin etmək məqsədilə sosial proqramın reallaşdırılmasına başlamışdır.  Doctormap.az-dan verilən məlumata görə, proqram çərçivəsində portalın istifadəçiləri Bakı şəhəri ərazisində tibb xidmətlərindən 70%-dək endirimlə istifadə edə bilərlər. Bundan əlavə, proqram çərçivəsində özəl klinikalarda və Doctormap.az portalı ilə əməkdaşlıq edən həkimlər tərəfindən pulsuz müayinə üzrə kampaniyaların da keçirilməsi nəzərdə tutulmuşdur.


“Portal istifadəçiləri üçün müayinə və ilkin diaqnostika üzrə daha əlverişli şəraitin yaradılması üçün biz bu proqrama bir sıra klinikaları da cəlb etmişik. Hazırda cəlb olunan klinikaların sayının artırılması üzrə danışıqlar aparılır və biz yaxın zamanda əhalinin yararlana biləcəyi sərfəli və yüksək keyfiyyətli səhiyyə xidmətlərini daha da genişləndirmək fikrindəyik” - deyə Doctormap.az portalından bildiriblər.


Proqramın əsas üstünlüklərindən biri də əməkdaşlıq etdiyimiz tibb müəssisələrində müasir avadanlığın və yüksək peşəkarlığı ilə seçilən həkimlərin olmasıdır. Bununla belə, Doctormap.az komandası proqram çərçivəsində təqdim olunan xidmətlərin səviyyəsini daimi olaraq nəzarətdə saxlayacaqdır.

“Azərbaycanda xidmət sahəsində güzəştli kampaniyalar zamanı istehlakçılara “biganə yanaşma” halları da az deyildir. Bizim məqsədimiz səhiyyədə bu problemi aradan qaldırmaq və real olaraq keyifiyyətli müayinəni daha sərfəli qiymətlərlə sakinlərə təqdim etməkdir. Buna görə də biz davamlı olaraq xidmətlərin monitorinqini aparırıq və proqram çərçivəsində müayinədən keçmiş insanlar arasında sorğu keçirəcəyik”.

  
Qeyd etmək lazımdır ki, Doctormap.az sosial proqramına portalın hər bir istifadəçisi qoşula bilər. Proqram çərçivəsində təqdim olunan xidmətlər haqqında ətraflı məlumat almaq üçün aşakıdakı keçidi izləyə bilərsiniz:


http://doctormap.az/aksiyalar


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR