AŞ PA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin edəcək

AŞ PA Monitorinq Komitəsi Azərbaycan üzrə yeni həmməruzəçi təyin edəcək
16:38 22 Yanvar 2015
182 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Anaxanım Hidayətova/

Gələn həftə AŞ PA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni həmməruzəçisinin adı məlum olacaq. Bu barədə Trend-ə sabiq həmməruzəçi Cozef Debono Qrex (Malta) bildirib.

Onun sözlərinə görə, namizədin adı AŞ PA-nın yanvarın 26-30-da Strasburqda keçiriləcək qış sessiyası çərçivəsində məlum olacaq.

Sessiya çərçivəsində Azərbaycan üzrə bir həmməruzəçi təyin olunacaq. Həmməruzəçi Pedro Aqramunt (İspaniya) yeni ildə öz işini davam etdirəcək.

Beş il bu postda çalışan C.D.Qrexin səlahiyyəti ötən ilin noyabrında başa çatıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356068.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR