Müdafiə Nazirliyi Ermənistanın kütləvi informasiya vasitələrində guya Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməsi barədə yayılan xəbərləri təkzib edib. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, düşmən tərəfinin kütləvi informasiya vasitələrinin guya yanvarın 22-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri tərəfindən cəbhədə təxribat törədilməsi və itki verməyimiz barədə yaydıqları məlumatlar yalandır.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib: "Azərbaycan əsgəri cəsarətlə düşməni məhv edərək, bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir”.