Azərbaycanda məktəblər istiliklə necə təmin edilir?

Azərbaycanda məktəblər istiliklə necə təmin edilir?
16:43 22 Yanvar 2015
199 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda orta məktəblərin siniflərinin istilik sistemi ilə təchizatı vəziyyəti açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, cari tədris ilinin əvvəlinə olan məlumata görə, bütün sinif otaqlarında istilik sistemi mövcuddur.

Sinif otaqlarının 9,6 faizi mərkəzləşdirilmiş istilik sisteminə, qalanlan isə fərdi istilik sisteminə qoşulub. Şəhər yerləri üzrə təhsil müəssisələrinin 78 faizi, kənd yerlərində isə 94,8 faizi fərdi istilik sisteminə malikdir.

Fərdi istilik sisteminə malik təhsil müəssisələrinin qızdırılması üçün şəhər məktəblərinin 61 faizində qazdan, hər biri üzrə 11,3 faiz olmaqla maye və qaz yanacaqdan istifadə edilir. Kənd məktəblərinin 53,2 faizi bərk yanacaqdan, 29,6 faizi maye yanacaqdan, 14,9 faizi isə qazdan istifadə edilməklə qızdırılır. Eyni zamanda, fərdi istilik sistemi vasitəsilə qızdırılan təhsil müəssisələrinin 7,6 faizində elektrik qızdırıcılarından istifadə edilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2356081.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR