Sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək

Sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək
16:43 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, Samirə Quliyeva, AzərTAc
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planını təsdiqləyib.
AzərTAc xəbər verir ki, bunu yanvarın 22-də “Jurnalistlər klubu”nun növbəti görüşündə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi Mahir Abdullayev deyib. Onun sözlərinə görə Tədbirlər Planında nəzərdə tutulan işlər bir neçə istiqaməti əhatə edir. Bu, sığortalıların və digər faydalanan şəxslərin mənafelərinin daha səmərəli təmin edilməsini, həyat və qeyri-həyat sığortalarının inkişafını, eləcə də kadr potensialının möhkəmləndirilməsini əhatə edəcək.
M.Abdullayev bildirib ki, Tədbirlər Planına əsasən, sığortalıların və digər faydalanan şəxslərin mənafelərini təmin etmək məqsədilə sığorta şirkətlərinə qarşı yeni tələblər müəyyən ediləcək. Bu məqsədlə “Sığorta fəaliyyəti haqqında” qanuna əlavə və dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur. Buraya sığorta şikayətlərinə baxılması mexanizminin təkmilləşdirilməsi, müştərilərlə ədalətli davranmanı təmin edən prosedurların tətbiqi, eləcə də sığorta vasitəçilərinin “Davranış Kodeksi”nin hazırlanması və tətbiq edilməsi və s. aiddir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sigorta_sirketlerine_qarsi_yeni_telebler_mueyyen_edilecek-826754

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR