Malayziyada 100 mindən artıq insan güclü daşqınla əlaqədar köçürülüb

Malayziyada 100 mindən artıq insan güclü daşqınla əlaqədar köçürülüb
11:03 26 Dekabr 2014
68 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend/

Malayziyanın şimalındakı beş ştatın 100 mindən artıq sakini ölkəni cənginə almış güclü daşqınla əlaqədar evlərindən köçürülüb. Trend xəbər verir ki, bu barədə cümə günü İnterfaks Malayziyanın “Bernama” agentliyinə istinadən məlumat yayıb.

Ölkənin Baş naziri Nəcib Razakın bəyanatında deyilir ki, "suyun səviyyəsinin çox yüksək olması və əlverişsiz hava şəraiti zərərçəkənlərin yerləşdirilməsi və ərzağın helikopterlərlə daşınmasını çətinləşdirir”.

Ümumilikdə, Paxanq, Perak, Kelantan və Trenqanu ştatlarından 103412 insan köçürülüb. Köçürülənlər 100 müvəqqəti yaşayış mərkəzində yerləşdiriliblər. Bu, Malayziyada son onilliyin ən güclü daşqınıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2347843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR