Məsciddən mahnı səsi gəldi (VİDEO)

Məsciddən mahnı səsi gəldi (VİDEO)
17:16 22 Yanvar 2015
225 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə məsciddə mahnı oxuyublar.

ANS PRESS-in məlumatına görə, hadisə Türkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsində olub.

Belə ki, günorta namazından sonra 3 qız uşağı məscidin bağçasına gələrək əllərini, üzlərini yuyub, su içiblər. Bundan sonra onlar məscidə - imamın otağına giriblər.

Mikrofonun açıq olduğunu bilməyən qızlar ucadan mahnı oxumağa başlayıblar. Onlar Nilufərin 90-cı illərdə Türkiyədə məşhur olan "Varsa söylə" mahnısını oxuyublar. Qızların səsi məscidin ətrafına da yayılıb. Bunu eşidən insanlar o saat uşaqları tapıb məsciddən çıxarıblar.

Bir nəfər isə məsciddən mahnı səsi gələn vaxt məscidi və daha sonra məsciddən çıxarılan həmin qızları telefonu ilə videoya çəkib.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=321210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR