Fuad Muradov: "Merkelin münaqişənin həlli üçün vasitəçilik təklif etməsi mühüm bəyanatdır"

Fuad Muradov: "Merkelin münaqişənin həlli üçün vasitəçilik təklif etməsi mühüm bəyanatdır"
17:17 22 Yanvar 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

"Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının nümayişidir. Bu səfər rəsmi Berlinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu göstərdi və ölkəmizin beynəlxaq müstəvidə qazandığı etimadı bir daha təsdiq etdi”.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fuad Muradov dövlət başçısının səfərini şərh edərkən deyib.

Deputat bildirib ki, Almaniyada dövlət başçıları mühüm bəyanatlar səsləndiriblər: “İlk olaraq qeyd edim ki, kansler Merkelin Azərbaycanı əhəmiyyətli tərəfdaş adlandırmasını rəsmi Berlinin Azərbaycana xüsusi münasibətinin bir amili saymaq olar. Eyni zamanda, Merkelin Almaniyanın münaqişənin həlli üçün vasitəçiliyini təklif etməsi mühüm bəyanatdır. Bununla Merkel Dağlıq Qarabağ və işğal olunmuş torpaqlarımızın azad olunması üçün Almaniyanın imkanlarını təklif edir. Bunu münaqişənin həlli məqsədilə Avropa İttifaqının imkanlarından istifadə olunması üçün bir mesaj saymaq olar”.

F.Muradov vurğulayıb ki, Azərbaycanın Avropanın enerji təminatında oynadığı mühüm rol bu görüşdə bir daha təsdiqlənib. Kansler Merkelin Avropa ölkələrinin enerji şaxələndirilməsi üçün Bakının böyük töhfə verə biləcəyini deməsi ölkəmizi mühüm tərəfdaş kimi qəbul etdiklərini açıqlayır: "Bu baxımdan danışıqlarda “Cənub Qaz Dəhlizi” layihəsinin xüsusi vurğulanması həm də Prezident İlham Əliyevin yürütdüyü siyasi kursun düzgünlüyünün subutudur. Almaniya səfərini bu baxımdan uğurlu hesab edirəm. Bu səfər iki ölkə arasında əməkdaşlıqda yeni perspektivlər açır”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320423.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR