"New Europe" qəzeti: Ermənistan – Avropa İttifaqının ən böyük məyusluğu

17:23 22 Yanvar 2015
189 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 22 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Brüsseldə nəşr olunan “New Europe” qəzetinin 20 yanvar 2015-ci il tarixli sayında “Kasıblaşmış və Rusiyadan asılı halda olan Ermənistan – Avropa İttifaqının ən böyük məyusluğu” (Impoverished, depending on Russia, Armenia is EU’s greatest disappointment) adlı məqalə dərc edilib.

Trend-in məlumatına görə, məqalədə Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması fonunda 20 yanvar 2015-ci il tarixində Brüsseldə Avropa İttifaqı - Ermənistan Əməkdaşlıq Şurasının formal görüşünün keçirildiyi qeyd olunur və Ermənistanın Şərq Tərəfdaşlığı ölkələri içində Avropa İttifaqını ən çox məyus edən ölkə olduğu vurğulanır.

Ermənistanın SSRİ-nin süqutundan sonra qonşu Azərbaycanla işğal olunmuş Dağlıq Qarabağ bölgəsi ilə bağlı müharibədə olduğu və iqtisadi cəhətdən ağır vəziyyətdə olduğu qeyd olunur. Ermənistanın belə bir şəraitdə Rusiyanın təklifini seçməsinin Brüsseldə məhvə doğru atılmış addım kimi qiymətləndirildiyi vurğulanır.

Brüsseldən Ermənistana edilən bütün xəbərdarlıqlara baxmayaraq, Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulduğu və Moskvanın rəhbərliyi ilə Qazaxıstan və Belarusla birlikdə Avropa İttifaqına qarşı bir blokda yer aldığı qeyd olunur. Ermənistanın təhlükəsizliyinin də Rusiyadan asılı olduğu vurğulanır və Qarabağ müharibəsinin bitmədiyi nəzərə alınaraq, Azərbaycanın hərbi xərclərinin Ermənistan tərəfindən real təhlükə kimi qəbul olunduğu qeyd olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356110.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR