Robert Prosineçki: Milliyə çağırılacaq futbolçunun yaşı önəmli deyil

17:23 22 Yanvar 2015
95 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Türkiyədə olduğum müddətdə xeyli məlumat əldə etmişəm. Antalyada hazırlıq keçən klublarımızın hamısının məşqlərini və oyunlarını izləmişəm. Təbii ki, fasilədən sonra komandalar heç də ideal formada olmurlar. Tədricən onlar formalarını bərpa edəcəklər. Hələ ki gördüklərimdən razıyam.
AzərTAc xəbər verir ki, bu sözləri Antalyada təlim-məşq toplanışında olan Topaz Premyer Liqası klublarının məşq prosesini və yoxlama oyunlarını izləyən futbol üzrə Azərbaycan milli komandasının baş məqşçisi Robert Prosineçki deyib.
Xorvatiyalı mütəxəssis bildirib ki, oyunçular məşqlərdə və oyunlarda həvəslə çalışırlar. Oyunlarda əllərindən gələnin ən yaxşısını etməyə cəhd edirlər. Burada gördüklərim millinin oyun keyfiyyətini artıra biləcəyimizə zəmin yaradır. Azərbaycandan kənarda çıxış edən bəzi futbolçuların oyunlarını canlı izləməsəm də, əksəriyyəti haqqında məlumatım var. Kimin nəyə qadir olduğunu bilirəm. Çünki lazım olan bütün məlumatlar əlimdədir. Bir məsələyə də toxunum. Milliyə dəvət edəcəyim futbolçunun yaşı önəmli deyil. Həm gənclərə, həm də təcrübəlilərə özünü göstərmək şansı verəcəyəm. Əsas futbolçunun yaşı yox, hansı formada olmasıdır. Oyunları tək mən yox, köməkçilərim də izləyirlər. Çünki mənim hər oyuna getməyim qeyri-mümkündür.
Baş məşqçi vurğulayıb ki, millinin toplanışı ərzində keçirəcəyimiz yoldaşlıq oyunu ilə bağlı rəqib axtarışı davam edir. Bildiyiniz kimi, oyunumuz FIFA-nın rəsmi yoldaşlıq oyunları gününə təsadüf etmir. Buna görə də rəqib tapmaq bir qədər çətindir. Amma rəqib tapıb yoldaşlıq oyunu keçirəcəyik.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Robert_Prosinechki_Milliye_chagirilacaq_futbolchunun_yasi_onemli_deyil-826775

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR