AZAL Berlinə birbaşa aviareys açır

17:27 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 22 Yanvar 2015 17:21 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) Almaniyanın paytaxtı Berlinə birbaşa aviareys açır.

Bunu “APA-Economics”ə AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli deyib.

 

M. Səfərlinin sözlərinə görə, Bakı-Berlin-Bakı istiqamətində birbaşa uçuşlar mayın 2-dən yerinə yetiriləcək.

 

Uçuşlar həftənin çərşənbə və şənbə günləri həyata keçiriləcək.

 

Qeyd edək ki, hazırda Bakıda birbaşa uçuşlar Almaniyanın Frankfurt şəhərinə yerinə yetirilir. Bu istiqamətdə uçuşlar həftənin bazar ertəsi, çərşənbə, cümə və şənbə günləri saat 04:55-də həyata keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR